DevLab

Məntiqi Matris

Asan
arraymatrixbooleanlogic
1000 ms
256 MB

Sizə N × M ölçülü ədədi matris verilir. Bu matrisi məntiqi matrisə çevirmək lazımdır.

Çevirmə qaydası belədir:

Əgər element tək ədəddirsə, onu 1 ilə əvəz edin.

Əgər element cüt ədəddirsə, onu 0 ilə əvəz edin.

0 cüt ədəd hesab olunur. Mənfi ədədlər üçün də eyni qayda keçərlidir.

Giriş

Birinci sətirdə iki tam ədəd N və M verilir — matrisin sətir və sütunlarının sayı.

Növbəti N sətrin hər birində M tam ədəd verilir — matrisin elementləri.

Çıxış

N × M ölçülü yeni məntiqi matrisi çap edin.

Hər tək ədədin yerində 1, hər cüt ədədin yerində isə 0 olmalıdır.

1Nümunə 1:
Giriş:
3 3 1 2 3 4 5 6 7 8 9
Çıxış:
1 0 1 0 1 0 1 0 1

Məhdudiyyətlər

1 ≤ N, M ≤ 100

-10^9 ≤ A[i][j] ≤ 10^9

REDAKTOR
Giriş edin
Giriş:
3 3 1 2 3 4 5 6 7 8 9
Çıxış:
1 0 1 0 1 0 1 0 1